QƏTƏRDƏ SENSASİYA! - Səudiyyə Ərəbistanı Argentinanı 2-1 hesabı ilə məğlub etdi / Yenilənib

22/11/2022 - 21:37

Qətərdə keçirilən ilk dünya çempionatında sensasiya yaşanıb.

Qafqaz.media xəbər verir ki, FİFA reytinqində 51-ci yerdə olan Səudiyyə Ərəbistanı yığması dünyanın ən məşhur futbol komandalarından biri, iki dəfə liqa çempionu olmuş Argentin yığmasını məğlub edib.

"Lusail" stadionunda keçirilən ilk turun matçı Argentina millisinin asan qələbəsi ilə yekunlaşa bilərdi. Çünki tarixin ən böyük oyunçularından sayılan hücumçu Lionel Messi penaltidən hesabı açıb.

İlk hissədə top daha üç dəfə Səudiyyə Ərəbistanının qapısına uçsa da, hər üç dəfə hakim qolların oyundankənar vəziyyətdən vurulduğuna qərar verib.

Amma fasilədən sonra qəfildən təşəbbüsü səudiyyəlilər ələ keçiriblər. Matçın 48-ci və 53-cü dəqiqələrində müvafiq olaraq Saleh Əl-Şehri və Salem Əl-Dövsari vurduqları qolla komandanı qələbəyə daşıyıb.

Belə ki, bu qollardan sonra argentinalılar vəziyyətə nəzarəti bərpa edə bilməyiblər. Nəticədə Argentina millisi sıfır xalla C qrupunun turnir cədvəlinin sonuncu – dördüncü pilləsinə düşüb, Səudiyyə Ərəbistanı isə üç xalla liderlik edir.

Argentina millisi hazırkı dünya çempionatının favoritlərindən biri hesab olunur. Komanda 3 ildir ki, beynəlxalq oyunlarda uduzmurdu.

Bu çempionatda Səudiyyə Ərəbistanının perspektivinə inananlar az idi. Final fitindən sonra səudiyyəli futbolçular gözlənilməz qələbələrini səs-küylü qeyd etməyə başladılar: onlar otların üzərinə yıxıldılar, dua etdilər, qucaqlaşdılar və sevincdən qışqırdılar.

Səudiyyə Ərəbistanının kralı Məhəmməd bin Salman səudiyyəlilərin Argentina üzərində futbol qələbəsini qeyd edə bilmələri üçün noyabrın 23-nü milli bayram elan edib.

Qafqaz.media