Ərdoğandan Makrona SƏRT XƏBƏRDARLIQ - "Mənə sataşma"

18/11/2022 - 20:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 zirvəsində fransız həmkarı Emmanuel Markonla aralarında olan dialoqdan danışıb.

Qafqaz.media xəbər verir ki, Ərdoğan Makrona deyib:

“Emmanuel bəzi yerlərdə mənə sataşırsan. Daha əvvəl də bunu danışmışdıq”.

Makron cavab verib: “Sən dedin ki, “xanımlar çox yaxşı anlaşır. Lakin biz anlaşa bilmirik”. Yox, yox. Biz də anlaşa bilirik. Bu gün burada çox yaxşı müzakirələrimiz oldu”.

Ərdoğan isə deyib: “Bundan sonra da belə davam etsin. Hər hansı problemin olmasına imkan verməyək”.

Qeyd edək ki, dünya lideriləri G20 zirvəsində iştirak etmək üçün İndoneziyada səfərdə idi. \\Metbuat