Roma Papası Rusiyanın Ukraynaya təcavüzünü Qolodomorun dəhşətləri ilə müqayisə etdi

23/11/2022 - 21:12

“Hazırda Rusiyanın təcavüzü nəticəsində ukraynalıların çəkdiyi iztirab, onun soyqırımı adlandırdığı Qolodomor dəhşəti ilə müqayisə oluna bilər”.

Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Vatikanda Müqəddəs Pyotr meydanında minlərlə tamaşaçı qarşısında çıxış edən Roma Papası Fransisk bildirib.

Xatırladaq ki, bu faciə 1930-cu illərdə, Ukraynada Stalin tərəfindən törədilib.

Pontifik qeyd edib ki, gələn şənbə Qolodomor Qurbanlarının Xatirə Günü qeyd olunacaq.

"Gəlin bu soyqırım qurbanları üçün dua edək və bu gün təcavüz əzabından əziyyət çəkən bütün ukraynalılar, uşaqlar, qadınlar, qocalar, körpələr üçün dua edək", - Papa bildirib.

Qafqaz.media