"Rəqəmsal manatın yaradılması ilə bağlı işlər davam etdirilir" - Mərkəzi Bank

24/11/2022 - 12:29

Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal manatın yaradılması ilə bağlı işləri davam etdirir.

Qafqaz.media xəbər verir ki, bunu apa-ya açıqlamasında AMB-nin baş direktoru Fərid Osmanov deyib.

"Hazırda rəqəmsal manatla bağlı təhlil işlərini davam etdiririk. Digər mərkəzi banklar, beyin mərkəziləri kimi prosesləri izləyirik. Beynəlxalq Valyuta Fondunun bununla bağlı texniki yardım layihəsi var" - AMB-nin baş direktoru qeyd edib.

F.Osmanov həmçinin əlavə edib ki, rəqəmsal valyutaların yaradılması uzun prosesdir: "Bizdə belə bir gözlənti var ki, rəqəmsal manatı qısa zamanda yaratmalıyıq. Hətta bəzi ölkələr yeddi il əvvəl bu prosesə başlasalar da işləri yekunlaşdıra bilməyiblər. Ona görə də rəqəmsal manatın nə vaxt hazır olacağını demək çətindir".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neftin bu günə olan qiyməti
26/09/2024 - 09:14
Neftin qiyməti artıb
26/08/2024 - 09:46