Rus pranker özünü Makron kimi təqdim edərək, Polşa prezidentinə zəng vurdu – PREZİDENT OFİSİ 1 HƏFTƏ SONRA FAKTI ETİRAF ETDİ…

22/11/2022 - 22:32

Polşa prezidenti Anjey Duda özünü Fransa prezidenti Emmanuel Makron kimi təqdim edən prankerlərlə danışıb.

Qafqaz.media xəbər verir ki, danışıqlar noyabrın 15-i axşam saatlarında baş tutub və mövzu Polşanın Ukrayna ilə sərhədi yaxınlığındakı Prjewodow kəndinə raket düşməsi ilə əlaqədar olub.

Qeyd edək ki, Polşa prezidentinin ofisi məlum faktı bu gün - noyabrın 22-də iki məşhur rus pranker Vovan və Lexus səs yazısını yayımladıqdan sonra təsdiqləyib. Bildirilir ki, Makronun adından danışan şəxs Dudadan raketin düşməsində kimin məsuliyyət daşıdığını soruşub.

Пшеводув

“Anladım və söhbəti bitirdim”

Bir həftə sonra rus prankerləri Vovan və Lexus Polşa prezidentinə qarşı zarafatla bağlı məsuliyyəti öz üzərinə götürdülər. Bu isə prezident ofisinin onların bəyanatına münasibət bildirməsinə səbəb oldu. “Danışıqlar zamanı prezident Anjey Duda söhbətin qeyri-adi üslubudan başa düşdü ki, ola bilsin, saxtakarlıq cəhdi olub və söhbəti dayandırıb”, - prezident ofisinin açıqlamasında deyilir.

Xatırladaq ki, Duda artıq ikinci dəfədir Kremlin əleyhdarları olan siyasətçiləri və məşhurları ələ salmaqla ad çıxaran rus prankerlərinin hədəfinə çevrilir.

Qafqaz.media