Rusiya benzinin ixracına qadağa qoydu - SƏBƏB

27/02/2024 - 11:28

Rusiyanın baş naziri Mixail Mişustin mövsümi tələbatın artımı fonunda benzinin ixracına qadağa qoyulmasını təsdiqləyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə RBC qərarla tanış olan mənbəyə istinadən yazır.

Qadağanın 2024-cü il martın 1-dən başlayaraq altı ay müddətinə tətbiq edilməsi planlaşdırılır. Bundan əlavə, nəşrin mənbələrinə görə, birjada dizel yanacağının satışı standartının 16%-ə çatdırılması barədə də qərar qəbul edilib.

RBC-nin məlumatına görə, ixrac qadağası Aİİ ölkələri, Monqolustan və Özbəkistana tədarük həcminə təsir etməyəcək. Nəşr qeyd edir ki, baş nazirin müavini Aleksandr Novak Mişustinə ixraca müvəqqəti qadağa tətbiq etmək təklifi ilə müraciət edib. Fevralın 21-də o, məktub göndərərək bunun tətbiqini bazarda gözlənilən yanacağa tələbatın artması ilə izah edib. Məktubda bildirilir ki, tələbat mövsümü yaz-tarla işləri, neft emalı zavodlarında planlı təmir işləri, eləcə də yay tətili ilə əlaqədardır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycan nefti bahalaşıb
30/11/2024 - 11:46
Neft bahalaşmaqda davam edir
19/11/2024 - 09:19
Neft yenidən bahalaşdı
18/11/2024 - 10:09