“Rusiya bu müharibədə qalib gələ bilməz və qoşunlarını çıxarmalıdır” – DÖVLƏT DEPARTAMENTİ

19/11/2022 - 10:24

ABŞ Dövlət Departamenti Rusiyanı müharibəni dayandırmağa və qoşunlarını Ukraynadan çıxarmağa çağırıb.

Qafqaz.media xəbər verir ki, bu barədə brifinq zamanı Dövlət Departamenti katibinin müavini Vedant Patel bildirib. O deyib ki, Rusiya Federasiyası bu dəhşətli müharibədə qalib gələ bilməz.

“Biz Rusiyanı qalib gələ bilməyəcəyi lazımsız müharibəni dayandırmaq üçün qüvvələrini geri çəkməyə çağırırıq”, - o vurğulayıb.

Patel deyib ki, bununla belə, Rusiya FederasiyasıUkraynanın işğal olunmuş ərazilərində törədilən vəhşiliklərə görə məsuliyyət daşıyır. Dövlət Departamenti sözçünün sözlərinə görə, Münaqişələri Müşahidə Təşkilatının son hesabatında rus işğalçıları tərəfindən Xerson və regionda insanların qanunsuz saxlanması, işgəncələrə məruz qalması və itkin düşməsi ilə bağlı çoxsaylı hadisələrin təfərrüatı var.

"Bu gün biz bir daha Rusiya Federasiyasını insan hüquqlarının pozulması və etinasızlığını, beynəlxalq humanitar hüquq və BMT Nizamnaməsinə məhəl qoymamasını dayandırmağa çağırırıq", - Patel fikrini yekunlaşdırıb.

Qafqaz.media