Rusiya Dövlət Duması: ölkəyə hücum edilsə, döyüşməyə insan ehtiyatı olmayacaq

11/01/2023 - 18:07

Rusiya Dövlət Duması genişmiqyaslı müharibə üçün ehtiyat insan qüvvəsinin olmadığını elan edib. Belə ki, Dövlət Dumasının Müdafiə Komitəsi rusları “genişmiqyaslı müharibəyə” hazırlamağa və kütləvi səfərbərlik mövzusunu "fırlatmağa" başlayıb. Qafqaz.media bu barədə "Moscow Times" media resursuna istinadla bildirir.

Daha dəqiq desək, Komitənin rəhbəri, general-polkovnik Andrey Kartapolov bildirib ki, başqa ölkələrin hücumu zamanı Rusiyada kifayət qədər insan olmayacaq. Onun sözlərinə görə, mövcud səfərbərlik ehtiyatı dövlətin “ehtiyaclarını ödəyir”, lakin “genişmiqyaslı müharibə” başlasa, bu həcmlə vəziyyəti idarə etmək mümkün olmayacaq.
Maraqlıdır ki, bu gün Ukrayna kəşfiyyatının Ruisyada səfərbərliyin həcminin genişlənəcəyi və ölkədən çıxışa məhdudiyyət qoyulacağı haqda məlumatı Kremı sözçüsü "şayiə" adlandırmışdı və təkzib etmişdi. Görünür birdən-birə böyük miqyaslı səfərbərliyin gərəkliyini gündəmə gətirib əhalini ürkütməmək məqsədilə ilk öncə insanların qulağını aıəşdırmağa üstünlük verilir.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33