Rusiya hakimiyyətindən maraqlı addım: Ukraynadakı müharibə üçün şirkətlərdən "xərac yığılacaq"

06/01/2023 - 17:42

Rusiya hakimiyyəti müharibəni maliyyələşdirmək üçün xammal ixracatçılarından əlavə vergi-xərac toplamağa  hazırlaşır. Belə ki, Putin hökuməti 1,2 trilyon rubl əlavə vergi ödəməyi əmr etdiyi "Qazprom"un ardınca digər xammal ixracatçı şirkətləri da növbə ilə müharibəyə "atmalı" olub. Qafqaz.media bu barədə "Bloomberg"ə istinadla bildirir.

"Bloomberg" baş nazir Mixail Mişustinin göstərişinə və məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən xəbər verir ki, hökumət kömür və gübrə istehsalçılarından əlavə vəsait almağa hazırlaşır. Buna bir növ "xərac" da demək olar.
Məmurların fikrincə, iri şirkətlər artan dividendləri ödəməli, həmçinin büdcəyə birdəfəlik ödəniş etməli olacaqlar. Onların miqyası hələ müəyyən edilməyib və bu xəzinə üçün 2022-ci ilin necə başa çatacağından asılı olacaq. "Bloomberg" mənbələri deyirlər ki, Rusiya hakimiyyəti şirkətləri xalis gəlirin 50%-dən çox dividend ödəməyə məcbur etməyə çalışacaqlar.
Onların sözlərinə görə, "əlavə vergi" müharibənin xərclərini ödəmək üçün lazımdır. 2023-cü ilin büdcəsində Maliyyə Nazirliyi "milli müdafiə" maddəsi üzrə bu məsələ çərçivəsində rekord məbləğdə-5 trilyon rubl yatırıb ki, bu da bir il əvvəl qəbul edilmiş 3 illik büdcədə təsdiq edilmiş məbləğdən 1,5 trilyon çoxdur.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33