Rusiya universitetlərinin professorları kütləvi şəkildə ölkədən qaçır - ARAŞDIRMA

22/11/2022 - 18:16

Müharibə başlayandan və kütləvi səfərbərlikdən sonra Rusiyanı bürüyən mühacirət dalğası yüksək ixtisaslı müəllimlərin getməsi və işdən çıxarılması ilə üzləşən paytaxt təhsil ocaqlarını və regional universitetləri “vurdu”.

Qafqaz.media “Republic”ə istinadən xəbər verir ki, bu problem Ali İqtisadiyyat Məktəbinin Moskva və Sankt-Peterburq bölmələrində xüsusilə nəzərə çarpır: demək olar ki, bütün təcrübəli tədris proqramları və laboratoriya rəhbərləri Rusiyanı tərk edib, onların yerini yeni elmlər namizədləri tutublar.

Nəşrin keçirdiyi sorğu göstərib ki, böyük universitetlərin professorları ölkəni intensiv şəkildə tərk edirlər. Şəxsi əlaqələrə görə, onlardan bəziləri tədris ili üçün yeni vəzifələr tapa bilib.

“Republic” öz mənbələrinə istinadən bildirir ki, elm adamlarının ölkəni tərk etməsinə təkcə səfərbərlik səbəb deyil: “Təhsil və Elm Nazirliyindən dərs vəsaitlərinin axını müharibənin ilk ayları ilə müqayisədə azalsa da, tərbiyə işləri üzrə prorektorlar daha böyük rol oynamağa başlayıb. Onlar tez-tez “vətənpərvərlik tədbirləri” keçirmək üçün sərəncamlar verir”.

İqtisadi İnkişaf Nazirliyinin rəsmi statistikasına görə, təkcə sentyabr ayında iqtisadiyyatda işçi qüvvəsi 600 min nəfər azalıb. Üstəlik, səfərbərliyin ilk həftələrində 700 mindən bir milyona yaxın vətəndaşın Rusiyanı tərk etdiyi bildirilir.

Qafqaz.media