Rusiyada güclü partlayış: ÖLƏNLƏR VAR - VİDEO / YENİLƏNİB

19/11/2022 - 10:27

Rusiyanın Saxalin vilayətinin Tımkovskoye şəhər tipli qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində 3-ü uşaq olmaqla ölənlərin sayı 7-yə çatıb. 

Qafqaz.media  xəbər verir ki, bu barədə Saxalinin qubrenatoru Valeri Limarenko məlumat verib. 

Onun sözlərinə görə, binanın partlayış qeydə alındığı hissəsində 33 nəfər yaşayırmış.

***

Rusiyanın Saxalin adasının Tımovskoye şəhər tipli qəsəbəsində beşmərtəbəli yaşayış binasında partlayış olub.

***09:50

Qafqaz.media xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayışa qaz sızması səbəb olub. Hadisə nəticəsində binanın bir hissəsi dağılıb.

İlkin məlumata əsasən, partlayış nəticəsində 3 nəfər ölüb. Hazırda dağıntılar altında qalan şəxslərin axtarışı davam edir.

Qafqaz.media