Rusiyada neft emalı zavodu yanır

01/05/2024 - 08:57

Rusiyanın Ryazan vilayətində dron hücumuna məruz qalan neft emalı zavodu yanır.

APA xəbər verir ki, bu barədə “BAZA” “Telegram” kanalı məlumat yayıb.

    Hadisə şahidlərinin sözlərinə görə, hücum gecə saat üç radələrində baş verib. Yerli sakinlərin jurnalistlərə verdiyi məlumata görə, əvvəlcə gurultu eşidilib, sonra isə iki partlayış baş verib.

    Hazırda əraziyə müvafiq strukturların bölmələri cəlb edilib.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ