Rusiyadan Türkiyəyə yönəlik maraqlı həmlə: 2023-cü ildə Türkiyədə rus məktəbi açılacaq

24/11/2022 - 16:11

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu 2023-cü ildə Rusiya universitetlərinə dəstək üçün "Prioritet 2030" dövlət proqramı çərçivəsində Türkiyədə rus məktəbi açmağı planlaşdırır. Qafqaz.media bu barədə TASS-a istinadla xəbər verir. Belə ki, "TASS"a müsahibəsində MDBMİ-nin rektoru Anatoliy Torkunov “Təhsil təşəbbüsü: gələcəyin məktəbi” Ümumrusiya Konfransında danışıb.
Rektor xatırladıb ki, bu il Özbəkistan və Qırğızıstanda MDBMİ lisey sinifləri modelində iki rus beynəlxalq məktəbi açılıb. “2023-cü ildə biz Türkiyədə məktəb açmağı planlaşdırırıq”, deyə Torkunov bildirib.
Onun sözlərinə görə, xaricdəki rus məktəbləri əcnəbi tələbələrin Rusiya universitetlərinə daxil olmasına kömək edir ki, bu da uzunmüddətli perspektivdə ölkələr arasında münasibətlərə müsbət təsir göstərir.
"Yüksək ixtisaslı mütəxəssis yetişdirmək illər tələb edir, ona görə də biz istedadlı uşaqları onlar orta məktəbdə oxuyanda da axtarmağa başlayırıq. Təcrübə göstərir ki, belə abituriyentlər gələcəkdə daha motivasiyalı və məsuliyyətli olacaqlar. Ona görə də bu gün ali universitet məktəb təhsilində mövcud tendensiyaların önündə olmalıdır”, deyə institut rektoru əlavə edib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33