RUSİYANIN UKRAYNADA VERDİYİ İTKİLƏRİN SAYI HAQDA AÇIQLAMA- Jurnalistlər 60-dan çox qəbiristanlıqda ölənlərin sayını müəyyənləşdirməyə çalışıblar...

25/11/2022 - 22:32

Noyabrın 25-nə olan məlumata görə, Rusiya ilə Ukrayna arasında gedən müharibə zamanı azı 9311 rus hərbçisi həlak olub, onlardan 326-sı səfərbər edilmiş ruslardır.

Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir kli, itkiləri BBC Rus Xidməti və “Mediazona” könüllülər qrupu ilə birlikdə hesablayıb.

Təsdiqlənmiş itkilərin sayına görə , müharibənin doqquzuncu ayının sonunda, Krasnodar diyarı “birinci yerə” çıxıb(407 ölü). İkinci yerdə Buryatiya (348 nəfər), üçüncü yerdə Dağıstan (345 nəfər) qərarlaşıb.

Ölənlərin ümumi sayından 1449 nəfəri, yəni 15%-i zabitdir. Ölənlər arasında dörd general və 47 polkovnik də var. Ölənlərin 2500-dən çoxu elit mütəxəssislərdir: xüsusi təyinatlı əsgər və zabitlər, dəniz piyadaları və hərbi pilotlar. Müharibənin doqquzuncu ayının sonunda ən çox itki - 18% - piyadaların payına düşür.

Ukrayna ərazisindəki döyüş bölgəsində 290 nəfər səfərbər edilmiş şəxs həlak olub. Bundan əlavə, daha 35 nəfər ürək problemləri, qəzalar və ya spirtli içkilərin istifadəsi səbəbindən öldü. Eyni zamanda, jurnalistlərin qeyd etdiyi kimi, səfərbər olunanlar arasında real itkilər daha çox ola bilər, çünki ölənlərin çoxu haqda məlumat verilmir.

Qeyd edək ki, jurnalistlər hərbi əməliyyatlar başlayandan bəri ölən rus hərbçiləri haqqında məlumat toplayırlar. Monitorinqə yalnız açıq mənbələr əsasında ölümü müəyyən edilən şəxslər daxildir. Nəşr hesab edir ki, siyahıda Rusiyada faktiki dəfn edilənlərdən ən azı 40-60%-nin adlarının açıqlanmadığı bildirilir. Jurnalistlər Rusiyanın 60-dan çox yaşayış məntəqəsində qəbiristanlıqlardakı vəziyyəti öyrənərək bu qənaətə gəliblər.

“Nəticədə, təxmini hesablamalara görə, Rusiya ordusu və Milli Qvardiyanın Ukraynadakə itkiləri 18,6 min nəfərdən çox ola bilər”, - deyə nəşr yazır.

Qafqaz.media