Ruslar Zaporojyedə xəstəxananı atəşə tutdu, körpə öldü - VİDEO

23/11/2022 - 11:52

Ukraynanın Zaporojye vilayətinin Volnyansk şəhərində rayon xəstəxanasının gecə atəşə tutulması nəticəsində doğum şöbəsi dağılıb, bir körpə öldü.

Qafqaz.media xəbər verir ki, bunu Zaporojye vilayət administrasiyasının rəhbəri Aleksandr Starux öz “Teleqram” kanalında bildirib.

O yazıb: "Ürəklərimizi kədər bürüyür - yenicə doğulmuş körpə həlak olub. Hazırda xilasedicilər hadisə yerində işləyir".

Qeyd edək ki, Volnyansk Mərkəzi Xəstəxanası Volnyansk şəhərində, Zaporojyenin mərkəzindən təxminən 30 km şimal-şərqdə yerləşir.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, mərmilər poliklinikanın doğum şöbəsinin ikimərtəbəli binasını dağıdıb. Orada yeni doğulmuş körpəsi olan bir qadın və bir həkim olub. Xilasedicilər həkimi və qadını dağıntılar altından sağ çıxara biliblər.

 

Qafqaz.media