“S-400-lər istifadəyə hazırdır” - Akar

22/11/2022 - 23:08

“Türkiyə hər hansı təhlükə yarandıqda S-400-lərdən istifadə edə bilər”.

Qafqaz.media xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir “Pençe-Kılıç” əməliyyatı ilə bağlı isə “əməliyyat üçün heç bir səbəbə ehtiyacımız yoxdur. Terrorla mübarizəmiz son terrorçu bitənə qədər davam edəcək”, - deyə vurğulayıb.

Qafqaz.media