“Saakaşvilinin səhhəti ilə bağlı spekulyasiya etməyin” – LİZA YASKODAN AÇIQLAMA

23/11/2022 - 23:57

Ukrayna Ali Radasının deputatı və Mixail Saakaşvilinin ikinci xanımı Liza Yasko hesab edir ki, eks-prezidentin səhhəti spekulyasiya predmeti kimi istifadə olunur.

Qafqaz.media xəbər verir ki, o, "İnsan sağlamlığı siyasətlə qarışdırılmamalıdır", - deyib.

“Pirveli” telekanalında Yaskodan Saakaşvilinin səhhəti barədə nə bildiyini soruşublar:

“Mən bu məsələnin daim müəyyən fərziyyələr və intriqaların mövzusuna çevrilməsindən çox yorulmuşam... Bütün bunları qəbul etmək mənim üçün çətindir. Nə üçün bir insanın həyatı şəxsi maraqlardan irəli gələrək müəyyən fərziyyələr üçün bir fürsət ola bilər. Bu, Mixail Saakaşvilinin maraqlarından başqa hər şey üçün istifadə olunur”.

Yasko iddia edir ki, Saakaşvilinin səhhəti ilə bağlı yalnız onun ailəsi və vəkilləri narahatdır.

Qafqaz.media