“Sədərək” ticarət mərkəzində mağazaya basqın edən şəxs tutulub

18/11/2022 - 19:35

“Sədərək” ticarət mərkəzində mağazaya basqın edən şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Qaradağ rayonunda yerləşən ticarət mərkəzində quldurluq əməli törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Elnur Əmənov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.