Senatorlar Baydendən Ukraynaya “Boz Qartal” verməsini xahiş edirlər – “RUSİYA GƏMİLƏRİNƏ HÜCUM ETMƏK ÜÇÜN…”

22/11/2022 - 23:43

ABŞ-ın bir qrup senatoru Bayden administrasiyasını Ukraynaya qabaqcıl MQ-1C pilotsuz təyyarələri və ya “Grey Eagle” (“Boz Qartal”) verməmək haqda qərarına yenidən baxmağa çağırıblar.

Qafqaz.media bu barədə “The Wall Street Journal”a istinadən xəbər verir.

Nəşr bildirir ki, bu PUA-lar Kiyevə öz ərazisini saxlamağa və döyüş meydanında daha sürətlə irəliləməyə kömək edə bilər.

“Ukraynaya MQ-1C-nin verilməsi müharibənin strateji kursunu Ukraynanın xeyrinə dəyişə bilər”, - ABŞ qanunvericiləri bildiriblər.

Onların fikrincə, “Boz Qartal”ın əməliyyat xüsusiyyətləri Ukrayna hərbçilərinin istifadə etdiyi mövcud silah sistemlərini tamamlaya biləcək.

Grey Eagle - характеристика и цена беспилотника General Atomics MQ-1C Grey Eagle | Факты ICTV

Konqresmenlər əmindir ki, ukraynalı əsgərlərə General Atomics MQ-1C pilotsuz uçan aparatlarından istifadənin öyrədilməsi cəmi 27 gün çəkəcək. Belə pilotsuz təyyarələr Ukrayna Silahlı Qüvvələrinə Qara dənizdə Rusiya hərbi gəmilərini tapıb, onlara hücum etmək imkanı verəcək. Bu da öz növbəsində Ukrayna iqtisadiyyatına da təzyiqi azaldacaq və dünyada ərzaq qiymətlərini aşağı salacaq.

Qafqaz.media