Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU

23/11/2024 - 23:45

"Beniz" ləqəbli məşhur tiktoker həbs olunub. Publika.az "Unikal"a istinadla xəbər verir ki, bu gün 1987-cu il təvəllüdlü Aybəniz Səyyaf qızı Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. "Beniz" ləqəbli tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib. Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgili münasibətində olublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
23/11/2024 - 15:56
Onu da həbs gözləyir
19/11/2024 - 23:52
Azərbaycanlı alim vəfat edib
19/11/2024 - 23:44
Uşaqlarda inkişaf ləngiməsi
19/11/2024 - 14:20