Səudiyyə Ərəbistanında səhra “göllərə” çevrildi - VİDEO

19/11/2022 - 10:06

Səudiyyə Ərəbistanının şimalında yağan güclü yağışlar səhranın geniş ərazilərini çay və göllərə çevirib.

Qafqaz.media xəbər verir ki, bu barədə “Political Lore” nəşri məlumat yayıb.

Sosial şəbəkədə yayılan görüntüdə sürücülər səhrada salınmış uzun şosse ilə hərəkət edərkən, yolun kənarında isə səhranın su ilə dolu sahələri görünür.

Nəşrin məlumatına görə, bəzi ərazilərə dolu da düşüb - bu səbəbdən səhra çaylarında su buzla qarışıb.

 

Qafqaz.media