Taleh Ziyadov: “Şərqlə Qərb arasında əlaqə üçün dayanıqlı dəhliz yaratmağa çalışırıq”

25/11/2022 - 21:17

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı prioritetlərindən biri məhsulların keçidi üçün sadələşdirilmiş və sürətli prosedurlara malik dayanıqlı ticarət dəhlizinin yaradılmasıdır”.

Qafqaz.media xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, dəniz limanının ən yaxşılardan birinə çevrilməsi üçün investisiyalar, siyasi sabitlik, hüquqi baza və sair kimi məsələlər təmin edilməlidir.

Baş direktor vurğulayıb ki, hazırda Azərbaycan ən rahat xidmətə və şəraitə malik ən müasir nəqliyyat qovşağı yaratmağa çalışır.