TALIBOVLAR “BADAMLI” ZAVODUNU NECƏ ƏLƏ KEÇİRİBLƏR? – Sahibindən sensasiyalı açıqlamalar / VİDEO

13/01/2023 - 17:41

“Badamlı” mineral sularının istehsalçısı olan zavodun keçmiş sahibi Elşad Məmmədov “Azadlıq” radiosuna müsahibəsində Naxçıvan Muxtar Respublikasının keçmiş rəhbəri Vasif Talıbovun ailə üzlərinin qanunsuz əməlləri ilə bağlı sensasiyalı faktlar açıqlayıb.

E.Məmmədov Vasif Talıbovun oğlunun və yaxınlarının zavodu ondan hədə-qorxu yolu ilə zorla aldıqlayıb: “Talıbovlar zavodu əlimdən aldı, etiraz etsəm də nəticəsi olmadış. Dedilər, başına oyun açarıq, məcbur olub razılaşdım”.

E.Məmmədov iddia edib ki, Talıbovlar əvvəlcə zavodun 85 faizinin, daha sonra isə 15 faizinin onlara verilməsini tələb edib və sahibkar həyatını riskə atmayaraq onlarla razılaşmaq məcburiyyətində qalıb.

Bunun qarşılığında heç bir kompensasiya verilmədiyini deyən iş adamı, ölkə rəhbərliyindən əmlakının özünə qaytarılmasına kömək etməyi xahiş edib.

Naxçıvandan hazırlanan həmin reportajı təqdim edirik:

Rasim Əliyev