Tayvan İran PUA-larını zərərsizləşdirmək üçün Ukraynaya kömək edəcək – 2 MİN METRDƏKİ HƏDƏFİ MƏHV EDİR / FOTO

20/11/2022 - 11:09

Ukrayna Tayvan istehsalı olan 1000 ədəd dron əleyhinə “DronesVision ADS” almağı planlaşdırır. Bu silahlardan düşmənin pilotsuz təyyarələrini aşkar etmək və məhv etmək üçün istifadə olunur.

Qafqaz.media bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

“Dron əleyhinə silahların istifadəsi düşmənin pilotsuz təyyarələrini 2000 metrlik məsafədən ​​dərhal məhv etməyə imkan verəcək. Ehtimal olunur ki, pilotsuz təyyarələrə qarşı silahlar döyüş zonasında, Ukrayna şəhərlərinin kritik infrastrukturu və təhlükəsizlik obyektlərinin yaxınlığında istifadə olunacaq”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bir silahın çəkisi cəmi 5,5 kq-dır.

Qafqaz.media