TOKAYEVİN 81 FAİZLİK QƏLƏBƏSİ VƏ 70 FAİZƏ YAXIN SEÇİCİ FƏALLIĞI… - Prezidentin qalib gəldiyinə inam olsa da, rəqəmlərin şişirdildiyi iddia edilir

22/11/2022 - 22:09

Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev qalib gəlib. O, zəif rəqiblərin fonunda səslərin 81%-ni qazanıb.

Qafqaz.media BBC-yə istinadən xəbər verir ki, müstəqil müşahidəçilər seçici fəallığının 70%-ə yaxın olmasını şübhə altına alır. Bu, şübhəsiz ki, nəticəyə təsir göstərmir.

Xatırladaq ki, prezident seçkiləri növəbənkənar idi: Tokayev konstitusiya islahatından sonra belə bir qərar elan etdi. Və artıq Qazaxıstanda dövlət başçısı yalnız bir dəfə, lakin yeddi illik müddətə seçilə bilər.

Qeyd etdiyimiz kimi, Qasım-Jomart Tokayev 81%-dən çox səs toplayıb. Ondan sonra ən çox səs toplayan namizdə 6%, üçüncü yerin sahibi isə 3,33% səs toplaylb. Hər halda, rəsmi nəticələr belə göstərir.

Алматы

Qalan dörd namizəd ciddi təşviqat aparmayıb, əsasən bir-birini tənqid edib, çıxışlarında Tokayevin adının ümumiyyətlə çəkilməməsinə üstünlük veriblər. Prezident keçmiş SSRİ ölkələrində 1990-cı illərdən mövcud olan ənənəyə görə, televiziya debatlarına belə çıxmayıb.

Rəsmi məlumatlara görə, seçkilərdə 8,1 milyona yaxın vətəndaş, yəni seçicilərin demək olar ki, 70 faizi iştirak edib. Qazaxıstanda müstəqil seçki müşahidəsi institutu o qədər də inkişaf etməyib, lakin müşahidəçilərin olduğu seçki məntəqələrində seçici fəallığı rəsmi elan ediləndən xeyli az olub. Məsələn, Atırau şəhərindəki seçki məntəqələrində müşahidəçilər seçicilərin 18%-nin iştirak etdiyini bildiriblər. Hətta rəsmi məlumatlara görə, ölkənin ən böyük şəhəri Almatıda seçici fəallığı təxminən 28,7%, paytaxt Astanada isə 48,6% təşkil edib.

ATƏT-in missiyasından olan üç yüz müşahidəçi seçkiləri ciddi tənqid edib - fəallığın və səslərin qeyri-şəffaf hesablanmasına, ən əsası isə bu seçkilərdə real rəqabətin olmamasına görə.

Ədalətli seçkilər görmək üçün yaşayacağıq?

Алматы задержания

19 yaşlı Kırmızı BBC-yə deyib ki, o, Almatıda yaşadığı, lakin başqa regionda qeydiyyatda olduğu üçün səsvermədə iştirak edə bilməyib. O, “Oyan Qazaxstan” hərəkatından olan dostları ilə birlikdə Almatı şəhərinin baş meydanında etiraz aksiyası keçirməyə cəhd edib. Qazax dilində “Ədalətli seçkilərə qədər yaşayacağıqmı?” yazılmış pankart qaldıran kimi, onları saxlayıb polisə aparıblar. Üç saatdan sonra etirazçılar sərbəst buraxılıb.

Almatıda həbslər

Qazaxıstanın Demokratik Seçki Hərəkatının tərəfdarları tərəfindən də müxtəlif yerlərdə piketlər keçirilib. Onlar da saxlanılıb, seçki günü ümumilikdə 30-a yaxın adam polis tərəfindən yaxalanıb.

Onlarla insanın iştirakı ilə oxşar etiraz aksiyaları Qazaxıstanın Avropa ölkələrindəki, məsələn, Hollandiyadakı səfirliyinin qarşısında da keçirilib.

52 yaşlı Almatı sakini Daulet Anarbayev BBC-yə müsahibəsində bu seçkiləri belə şərh edib: "Tokayevin rəqibləri marjinal, pafoslu və absurd bəyanatlar verən az tanınan siyasətçilər idi. Ən azından Tokayev sakit və stabildir, o, Yanvar hadisələrinin ölkədə təkrarlanmasına imkan verməyəcək”.

İnstaqram və TikTok-da Tokayevin namizədliyini təbliğ edən gənc bloqçular da təxminən eyni nəticələrə gəliblər. Tez-tez milyonlarla baxılan videolarında onlar hazırkı prezident haqqında sabitliyin qarantı kimi danışıblar.

Qazaxıstanda mövcud reallıq

“Tokayevin Qərbdə əl sıxması və Putinlə əlaqədə olmaması həm sanksiyalardan yayınmaq, həm də öz populyarlığı üçün çox vacibdir”, - deyə politoloq Dimaş Aljanov izah edir.

Qazaxıstan Beynəlxalq Münasibətlər Universitetinin Tətbiqi Siyasi Elmlər Mərkəzinin rəhbəri Aidar Amrebaev deyir: "Cəmiyyətin sosial sabitliyə çox böyük ehtiycacı var. Mübarizə bu səviyyəyə çatıb. İnsanlar sabitlik istəyir".

Казахстан протест

Siyasi mübarizəyə gəlincə, Əmrebayev gələcəkdə buna ümid edir: "Köhnə nəsil müxalifətçilər enerji resursunu itiriblər. İndi yenisi yetişir, görək bu nə göstərəcək".

Politoloq Dimaş Aljanov da hesab edir ki, əgər gələcəkdə prezidentin real opponentləri olarsa və hakimiyyət uğrunda real siyasi mübarizə prosesi baş verərsə, əsl ədalətli seçkilərdən danışmaq olar.

"Tokayev yalnız indi, 2022-ci ildə qeyri-məhdud və tam hakimiyyətə sahib olmağın nə demək olduğunu başa düşdü. 2019-cu ildə aldığı 70 faizə qarşı 81 faizlik nəticə bunu əyani şəkildə nümayiş etdirir", - Aljanov deyir.

O, əlavə edib ki, Nazarbayev daha aşağı faizlərlə başlayıb və yekunda 95,5% səs toplayıb…

Hazırladı: Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12