Təqaüddən geri qayıdır: "Roma"ya görə

14/11/2024 - 12:28

Ötən mövsümün sonunda təqaüdə çıxan italyan futbol mütəxəssisi Klaudio Ranyeri geri qayıdır. Publika.az xəbər verir ki, o, "Roma" sahibləri Dan və Rayan Fridkinlə danışıqlar aparıb və üçüncü dəfə "canavarlar"a rəhbərlik etməyə razılaşıb. Daha sonra jurnalistlərə açıqlama verən 73 yaşlı mütəxəssis təyinatını təsdiqləyib: “Çətin problemi həll etmək lazımdır? Ona görə də məni çağırdılar. Biz hazırıq! Biz gəlirik”, - deyə Ranyeri bildirib. "Roma" ilə Ranyeri arasındakı müqavilənin 2024/25 mövsümünün sonuna qədər olacağı gözlənilir. Mütəxəssis əvvəllər 2009-2011-ci illərdə və 2019-cu ildə "canavarlar"a başçılıq edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ