Türkiyə Əfqanıstanda daşqından zərər çəkənlərə yardım edib

18/05/2024 - 05:46

Türkiyə Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətinin daşqından zərər çəkmiş sakinlərinə humanitar yardım göndərib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Kabildəki səfirliyi "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

"Ölkəmizin daşqından zərər çəkmiş əfqan qardaşlarımız üçün hazırladığı humanitar yardım təyyarəsi bu gün Məzari-Şərif hava limanına enib. Əfqanıstan səlahiyyətlilərinə əməkdaşlığa görə minnətdarıq", - paylaşımda bildirilir.

Qeyd olunur ki, Ankara humanitar yardımın olduğu qatarı göndərməklə yardım səylərini davam etdirəcək.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ