Türkiyə İraq və Suriyanın şimalında antiterror əməliyyatı keçirib
17/12/2024 - 12:03
![](/sites/default/files/styles/slide/public/2024-12/c07117a7-56e4-4c66-982f-e818a95de1a5.jpg?itok=XmBU-q-X)
Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG terror qruplaşmasının altı üzvü öldürülüb. “Report” xəbər verir ki, məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, Suriyanın şimalında “Barış pınarı” antiterror bölgəsində dörd, İraqın şimalında “Pençe-kilit” əməliyyatı nəticəsində iki terrorçu öldürülüb. Nazirlik terrora qarşı mübarizənin davam edəcəyini bildirib.