Türkiyə İslandiyaya qalib gəldi
UEFA Millətlər Liqasında 2-ci turun növbəti oyunları keçirilib. Modern.az xəbər verir ki, Türkiyə yığması növbəti matçına çıxıb. "Ay-ulduzlular" öz meydanında İslandiya ilə qarşılaşıblar. Kerem Aktürkoğlunun het-trik etdiyi oyunda Türkiyə millisi 3:1 hesabı ilə qalib gəlib. İlk turda uduzan Fransa doğma azarkeşlər qarşısında Belçikanı məğlub edib. İtaliya isə İsrailə oyunda 2:1 hesablı qələbə qazanıb.
UEFA Millətlər Liqası
9 sentyabr
A Liqası
2-ci qrup
22:45 Fransa – Belçika - 2:0
22:45 İsrail – İtaliya - 1:2
Turnir vəziyyəti: İtaliya – 6, Fransa – 3, Belçika – 3, İsrail - 0 xal.
B Liqası
3-cü qrup
22:45 Norveç – Avstriya - 2:1
22:45 Sloveniya – Qazaxıstan - 3:0
Turnir vəziyyəti: Sloveniya – 4, Norveç – 4, Avstriya – 1, Qazaxıstan – 0 xal.
4-cü qrup
22:45 Türkiyə – İslandiya - 3:1
22:45 Monteneqro – Uels - 1:2
Turnir vəziyyəti: Türkiyə – 4, Uels – 4, İslandiya – 3, Monteneqro – 0 xal.
C Liqası
2-ci qrup
20:00 Kipr – Kosova - 0:4
22:45 Rumıniya – Litva - 3:1
Turnir vəziyyəti: Rumıniya – 6, Kosova – 3, Kipr – 3, Litva – 0 xal.