TÜRKİYƏ QIRICILARININ İLK MÜŞTƏRİLƏRİ BƏLLİ OLDU... - Qardaş ölkə yerli istehsal olan təyyarələrlə bağlı xaricdən ilk sifariş alıb

12/01/2023 - 13:08

Türkiyə yerli istehsal olan döyüş təyyarələri ilə bağlı xaricdən ilk sifariş alıb.

Qafqaz.media xəbər verir ki, bu barədə Türkiyə Aerokosmik Sənayesi Şirkətindən bildirilib.

Qeyd olunub ki, qarşılıqlı müzakirələr davam edir.

Hələ ki, sifarişçinin adı açıqlanmayıb.

Mətbuatın məlumatına görə, Türkiyə istehsalı olan qırıcıların ilk müştəriləri Pakistan, İndoneziya, Malaziya və digər dost ölkələr ola bilər.

Qeyd edək ki, Türkiyənin milli döyüş təyyarələrinin ilk uçuşu 2023-cü ilin sonunda baş tutacaq.