“Türkiyə S-400-dən istifadə etməyə hazırdır” – HULUSİ AKAR

22/11/2022 - 23:29

“Təhlükə yaranarsa, Türkiyə Rusiya istehsalı olan S-400 zenit-raket kompleksindən istifadə etməyə hazırdır”.

Qafqaz.media NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib:

“S-400 sistemi istifadəyə hazırdır. Hər hansı təhlükə yaranarsa, ondan harada və necə istifadə edəcəyimizə qərar verəcəyik”.

Xatırladaq ki, Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində 4 ədəd S-400 hava hücumundan müdafiə sistemi alıb və 2019-cu ildə təhvil verilib. Bundan qısa müddət sonra Türkiyə beşinci nəsil F-35 qırıcı-bombardmançı proqramından çıxarılıb.

Qafqaz.media