Türkiyədə 120 nəfər qidadan zəhərlənib
16/05/2024 - 07:31
Türkiyənin Adıyaman şəhərində 100-dən çox işçi yemək yedikdən sonra halı pisləşib və xəstəxanaya yerləşdirilib.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, Gölbaşı mahalında inşaatı davam edən yaşayış binasında çalışan 120 işçi axşam saatlarında yemək yedikdən sonra özlərini pis hiss ediblər.
Müracətlər əsasında hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadası cəlb edilib. İlkin tibbi yardım alan işçilər Gölbaşı Dövlət Xəstəxanasına aparılıb.
Burada müalicə alan tikinti işçilərinin yedikləri yeməkdən zəhərləndikləri məlum olub. Hadisə ilə bağlı araşdırma davam edir.