Türkmənlər Berdiməhəmmədovun portretlərini öz hesablarına almalı olacaqlar

07/01/2023 - 20:59

Türkmənistanın Balkan vilayətinin büdcə qurumlarının işçiləri müəssisələrin ofislərində prezidentin portretlərinin dəyişdirilməsi, qəzet və jurnallara abunə olmaq üçün pul ianə etməyə məcburdurlar.

Qafqaz.media xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Dövlət qulluqçularına prezident Sərdar Berdiməhəmmədovun portretinin dəyişdirilməsi üçün 60 manat, direktorun kabinetindəki portret üçün türkmən xalçası almaq üçün 100 manat, “Xoşbəxt gənclik ili” elan edilən 2023-cü ilin şüarı üçün 50 manat pul verilməsi tapşırılıb. Bundan əlavə, qəzet və jurnallara abunə üçün hər kəsdən minimum 100 manat pul tələb olunur.

Dövlət məmurları deyirlər ki, bu xərclər bəzi müəllimlərin qazandıqlarının 20 faizi qədərdir və bu, bir çox ailələrin büdcəsinə ağır yük qoyur.

“Müəllimlərin əksəriyyəti yarımştat işləyir və təxminən 1500 manat maaş alır. Əgər bu məbləğin 300 manatından çoxunu ödəsələr, onsuz da bu ay dolanmaqda çətinlik çəkən müəllimlərin işi daha da çətinləşəcək”, - deyə mənbə bildirib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12