Ukrayna hərbçiləri təslim olan rus əsgərlərini güllələyib? – QALMAQALLI VİDEO NECƏ VƏ KİM TƏRƏFİNDƏN ÇƏKİLİB?

19/11/2022 - 09:18

Rusiya Müdafiə Nazirliyi Ukrayna hərbçilərini təslim olan rus əsgərlərini güllələməkdə ittiham edib. Qafqaz.media xəbər verir ki, ittihamlar Telegram kanallarında yerləşdirilən videoya əsasən irəli sürülüb. Onun həqiqiliyi hələ təsdiqlənməyib. Ukrayna rəsmiləri də hələlik bu ittihamlara münasibət bildirməyib.

Luqansk vilayətində ukraynalı əsgərlərin guya rus hərbçilərini güllələdiyini əks etdirən videogörüntülər (atışma anının özü videoya çəkilməyib) Rusiya hakimiyyətinin sərt reaksiyasına səbəb olub.

Hadisəni “qətliam” adlandıran Müdafiə Nazirliyi ilə yanaşı, Ukrayna hərbçilərinə qarşı ittihamları Xarici İşlər Nazirliyi, Prezident yanında İnsan Hüquqları Şurası, Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili və İstintaq Komitəsi də eyni ittihamları səsləndirib. Onlar bildiriblər ki, məhbusların edam edildiyi iddiası ilə bağlı araşdırma aparılması tələbi ilə çoxsaylı beynəlxalq təşkilatlara müraciət ediblər.

Ukrayna rəsmiləri hələlik şərh verməkdən çəkiniblər.

“BBC Reality Check” komandası baş verənlərin ilkin mənzərəsini yaratmaq üçün görüntüləri tədqiq edib. Məlum olub ki, video lentə alınan hadisə şənbə günü, noyabrın 12-də və ya ondan əvvəl, Luqansk vilayətinin cəbhə xəttində yerləşən Makivka kəndində baş verib.

Həmin gün axşam saatlarında və noyabrın 13-də Ukrayna saytlarında rus əsgərlərinin kənddəki evlərin birinin həyətində yerdə uzanmış cəsədlərini əks etdirən dron görüntüləri yayılıb. Həmin vaxt sosial şəbəkələrdəki paylaşımlarda rus əsgərlərinin ölümü ilə nəticələnən minaatan hücumundan bəhs edilirdi və görüntülər Ukrayna Müdafiə Nazirliyinin Makiivka bölgəsindəki döyüşlərin videosunda da yer alır.

Man in uniform raising his hands

Lakin hadisələrin indiki versiyası Ukraynanın 80-ci Hava Desant Briqadasının üzvlərinin Rusiya hərbçilərinin məhkəməsiz edamını həyata keçirdiklərini iddia edən Rusiyayönlü media tərəfindən ortaya atılıb.

Onu da qeyd edək ki, noyabrın 17-də eyni hadisənin başqa görüntüləri də ortaya çıxdı - bu dəfə Ukrayna əsgərləri tərəfindən birbaşa hadisə yerində lentə alınıb. Onlar silahlarını rus hərbçilərə tuşlayır və onlardan hansının zabit olduğunu və hamının binanı tərk edib-etmədiyini soruşurlar.

Still of man opening fire

Ukrayna hərbçilərinə atəş açdığı iddia edilən şəxs

Kadrlarda əsir rusların yerdə uzandığı zaman atəş səsi eşidilir. Bundan sonra kamera yerə düşür, kadrların səsi eşidilir. Lakin görüntülərin kim tərəfindən çəkildiyini, həmin şəxsin hansı tərəfdə vuruşduğunu və bundan sonra nə baş verdiyini ayırd etmək mümkün deyil.

Dron görüntüləri və video görüntülər eyni hadisəni göstərir. Hər iki videoda həm ön qapı, həm də evin ön həyətində qırmızı oyuncaq avtomobil kimi görünən əşyalar göstərilir.

Ən əsası isə hər iki videoda əsgərlərin yatdığı pozalar eynidir - həm ölümdən əvvəl, həm də sonra.

Lakin təslim olan rus hərbçilərinin öldürülmə anı videoda yoxdur.

Bu müharibə cinayətidir?

Rusiya Müdafiə Nazirliyi hadisəni 10-dan çox hərəkətsiz vəziyyətdə qalmış rus hərbçisinin başından güllə ilə “qəsdən və metodik” şəkildə öldürülməsi kimi təqdim edib.

Xatırladaq ki, silahını yerə qoyub təslim olan döyüşçünün öldürülməsi və ya yaralanması müharibə cinayətidir. Lakin hazırda rusların iddiasını təsdiq edən ciddi dəlillər də mövcud deyil. Çox güman ki, tezliklə Ukrayna rəsmiləri rusların iddiasına aydınlıq gətirəcək.

Xatırladaq ki, bu həftə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Ukraynada müharibə zamanı hərbi əsirlərin saxlanma şəraiti ilə bağlı hesabat yayıb.

Hesabatı hazırlayarkən BMT əməkdaşları Rusiya əsirliyində olan 159 ukraynalı və Ukrayna əsarətindən qayıdan 175 rusiyalı ilə müsahibə aparıb. Hesabat müəllifləri hər ikis tərəfin əsirlikdə işgəncələrə məruz qaldığını, lakin rus əsirliyində daha pis rəftarın sistematik olduğunu bildiriblər.

Qafqaz.media