"Ukrayna ordusu müharibədə yeni texnologiyalardan məharətlə istifadə edir” - NATO

23/11/2022 - 15:54

"Ukrayna Silahlı Qüvvələri müharibədə yeni texnologiyalardan məharətlə istifadə edir”.

“RBK Ukraina” xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer deyib.

O bildirib ki, bu, Ukrayna ordusuna döyüş meydanında üstünlük verir: “Biz hamımız texnologiya şirkətlərinin həlledici rolunun şahidi olduq. “Microsoft” və ya “Starlink” kimi şirkətləri indi müharibədə qalib gəlməyə kömək edən şirkətlər kimi qəbul edirik”.

Qeyd edək ki, “Starlink” peyk interneti sayəsində Ukrayna ordusu Rusiya qoşunlarına dəqiq zərbələr endirə və onların PUA-larına nəzarət edə bilir. Bu texnologiya həm də mülki şəxslər arasında kommunikasiyaya kömək edir.