UKRAYNA VƏ İRAN RƏSMİLƏRİ ARASINDA GİZLİ GÖRÜŞ… - Rəsmi Kiyev danışıqların detallarını açıqladı

22/11/2022 - 17:10

Ukrayna və İran rəsmiləri arasında gizli görüş keçirilib. Ölkələrin nümayəndə heyətləri, ekspertlər Rusiyanın Ukrayna ilə müharibədə istifadə etdiyi pilotsuz təyyarələrlə bağlı müzakirə aparıblar.

Qafqaz.media “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bildirib.

“Belə bir görüş həqiqətən də baş tutub. Təfərrüatları açıqlaya bilmərəm, lakin sizi əmin edə bilərəm ki, Ukrayna tərəfi Rusiyanın Ukraynaya qarşı müharibədə İran silahlarından istifadəsinin qarşısını almaq üçün ən sərt tədbirləri görməyə davam edir”, - diplomat bildirib.

Kiyev Tehrana mövqeyini ifadə edib ki, Rusiyanın təcavüzünə şərik olmaq əldə edəcəyi fayda ilə müqayisə olunmayacaq...

Qafqaz.media