Ukraynada daha bir gürcü döyüşçüsü həlak olub

24/11/2022 - 01:41

Ukraynada daha bir gürcü döyüşçüsü - Konstantin Kursua həlak olub.

Qafqaz.media Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, o, həm də Ukrayna vətəndaşıdır və ailəsi ilə birlikdə bu ölkədə yaşayırdı.

Xatırladaq ki, bu, fevralın sonundan Ukrayna Silahlı Qüvvələri tərəfində gedən döyüşlərdə həlak olan 25-ci gürcüdür.

Qafqaz.media