VASİF TALIBOVUN QARDAŞININ YERİNƏ TƏYİNAT OLDU - Bakıdan göndərildi

30/12/2022 - 16:30

Baş Prokurorluğun İstintaq İdarəsinin rəsi müavini Sənan Paşayev tutduğu vəzifədən azad edilib. 

Qafqaz.media xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun digər əmrinə əsasən, o, Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini vəzifəsinə təyin olunub.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini daha əvvəl Muxtar Respublikanın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov idi.