XİN başçısının müavini Manama Dialoqu Forumunda çıxış edib

06/12/2024 - 23:31

Dekabrın 6-da Bəhreyndə “20-ci Təhlükəsizlik Sammiti - Manama Dialoqu Forumu” öz işinə başlayıb. Forumda dünyanın 50-yə yaxın ölkəsindən diplomatlar, təhlükəsizlik və hərbi strukturların nümayəndələri iştirak edir. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, forumda Xarici İşlər Nazirliyini nazir müavini Yalçın Rəfiyev təmsil edir. Y.Rəfiyev Forum çərçivəsində keçirilən panellərdə iştirak edib, o cümlədən Gənc Liderlər Proqramı tərəfindən təşkil olunan “Yaxın Şərq və Mərkəzi Asiyada enerji tərəfdaşlığı” mövzusunda paneldə məruzəçi qismində çıxış edib. Forum çərçivəsində eyni zamanda, Y.Rəfiyevin bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub. Forum dekabrın 8-dək davam edəcəkdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Diplomatlar and içəcək
09/12/2024 - 14:01
Ceyhun Bayramov İrana getdi
03/12/2024 - 08:50