Xəzərdə suyun səviyyəsi ARTDI

02/07/2024 - 08:00

Xəzər dənizinin şimal-şərq hissəsində suyun səviyyəsi 119 sm qalxıb. Publika.az xəbər verir ki, bu barədə Qazaxıstanın Su Resursları və İrriqasiya Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, Xəzər dənizinin şimal-şərq hissəsində suyun səviyyəsinin artmasının əsas səbəbi aprel-may aylarında Ural çayı boyunca sel sularının güclü axınıdır. Ümumilikdə, 7,4 milyard kubmetrə yaxın sel suları Xəzər dənizinə Ural çayı ilə daxil olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kamala Mahmudova vəfat etdi
27/09/2024 - 10:06