Yağışdan sonra Bakı küçələri - Video

22/06/2024 - 15:43

Səhər saatlarında ölkə ərazisinə yağan yağış rayonlarda olduğu kimi, Bakıda da fəsadlara səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə çoxsaylı görüntülər də paylaşılıb. Yağıntıdan sonra şəhərin mərkəzi küçə və prospektlərində gölməçələr yaranıb, bəzi hissələr, ümumiyyətlə, keçilməz hala düşüb.

Məsələ ilə bağlı “Azərsu” ASC-yə müraciət etdik. Qurumun Mətbuat xidmətinin rəisi Anar Cəbrayılov sorğumuzu belə cavabladı: “Leysan zamanı çökək ərazi olduğundan qısamüddətli su yığılması olub. Daşıyıcı kollektorlar, nasosxanalar normal rejimdə işləyib. Həm tullantı, həm də yağış suları rejimə uyğun fəsadsız kənarlaşdırılıb. Qısamüddət sonra sular tam axıb gedib”.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53