Azərbaycan şaxələndirilmiş şəkildə Rumıniyanın energetika bazarına daxil olmağı hədəfləyir

01/04/2024 - 13:27

Azərbaycan şaxələndirilmiş şəkildə Rumıniyanın energetika bazarına daxil olmağı hədəfləyir.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujanı qəbulu zamanı qeyd edilib.

    Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndiyinə toxunulub, ötən il ticarət dövriyyəsinin daha əvvəlki illə müqayisədə təqribən 30 faiz artaraq 670 milyon ABŞ dollarına çatdığı qeyd olunub, investisiya sahəsində də əməkdaşlığın möhkəmləndiyi bildirilib.

    SOCAR-ın Rumıniyada çox aktiv fəaliyyətinə toxunularaq onun bu ölkənin yanacaq bazarında kifayət qədər əhəmiyyətli yer tutduğu diqqətə çatdırılıb.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Putinin adına rayon salınır
    17/04/2024 - 06:07