Qazaxıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib

11/03/2024 - 12:22

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

APA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.Qazaxıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib

    Qafqaz.Media

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ