Slovakiyada prezident seçkilərinin ikinci turu keçiriləcək

06/04/2024 - 07:13

Bu gün Slovakiyada prezident seçkilərinin ikinci turu keçiriləcək.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

    Ölkənin lideri uğurunda Slovakiya parlamentinin spikeri, “Səs – Sosial Demokratiya” partiyasının lideri Peter Pelleqrini və Respublika Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, liberal İvan Korçok mübarizə aparacaq.

    Martın 23-də ölkədə keçirilən səsvermənin ilk turunda onların 7 rəqibi mübarizədən kənarlaşdırılıb.

    Nəticələrə görə, Korçokun lehinə 958 393 seçici (42,51%) səs verib.

    Pelleqrini 834 718 vətəndaşın (37,02%) səsini toplayıb. Prosesdə 4 milyon 300 min seçicisinin 51,91 faizi iştirak edib.

    Pelleqrini və Korçokun seçkilərdə qalib gəlmək şansları demək olar ki, bərabərdir.

     

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ