Alimlərdən XƏBƏRDARLIQ: əsrin sonuna qədər hazırkı temperatur +3°C artacaq

21/11/2022 - 12:35

Bazar günü başa çatan BMT-nin iqlim sammitində ölkələr atmosferin 1,5°C-dən daha çox istiləşməsinin qarşısını almaq üçün tullantıları azaltmaq üzrə daha çox öhdəliklər götürməkdə tərəddüd ediblər. Qafqaz.media bu barədə "BBC News" xəbər agentliyinə istinadla bildirir.

Sammit iştirakçılarının fikrincə bu iki səbəbdən baş verib.
Birincisi, dünyada tüğyan edən enerji böhranı var. Rusiyanın Ukraynaya təcavüzü və Kremlin AB-ə qarşı qaz müharibəsi buna gətirib çıxardı.
İkincisi, bu sammit Misirdə keçirildi, növbəti isə BƏƏ-də keçiriləcək. Hər iki ölkə öz gələcəklərini neft və qazın hasilatı və satışına bağlayırlar. Təsadüfi deyil ki, neft və qaz hasilatçıları bu il ilk dəfə iqlim sammitinə dəvət olunublar.
Avropa Komissiyasının vitse-prezidenti Franz Timmermans konfransın sonunda deyib: "Əgər biz emissiyaları daha çox azaltmağa razılaşsaq, daha çox şeyə nail ola bilərdik. Sürətlənməsək, hazırkı trayektoriya bizi 2,4 °C istiləşməyə aparır. Bu, qəbuledilməzdir. Biz mütləq bunu sürətləndirməliyik".
Alimlər xəbərdarlıq edirlər ki, əsrin sonuna qədər hazırkı temperatur +3°C artacaq.
Belə istiləşmə fəlakətli nəticələr- yeni daha güclü təbii fəlakətlər, kütləvi miqrasiya və yoxsulluq vəd edir.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kamala Mahmudova vəfat etdi
27/09/2024 - 10:06