17 yaşlı yeniyetməni maşın vurdu

25/09/2024 - 06:35

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, 17 yaşlı yeniyetmə qız xəsarət alıb. Modern.az "Nuhçıxan"a istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib. Belə ki, qəza zamanı 72-BE-972 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 67-BE-491 dövlət nömrəli nişanlı "NAZ-Lifan" markalı avtomobil və 67-BC-655 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil toqquşub. Qəza nəticəsində Babək rayon Kültəpə kənd sakini, 2007-ci il təvəllüdlü Əliyeva Aysun Namiq qızı xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ