Almaniyada yük qatarı relslərdən çıxaraq aşıb
22/11/2024 - 18:15
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində yük qatarı relslərdən çıxaraq aşıb. APA "stern.de" portalına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 sərnişin yaralanıb. Hadisə nəticəsində 10 vaqon və bir ədəd lokomotiv relslərdən çıxıb. Qəzadan sonra rəsmilər Köln-Axen dəmiryolu xəttinin bir neçə gün müddətinə bağlanmasına qərar verib. Əraziyə xilasedicilər cəlb olunub. Qeyd edək ki, sözügedən dəmiryolu xətti ilə qatarlar Almaniya ərazisindən keçməklə Brüsselə istiqamətlənir.