İsrail onların hər birinə görə 5 milyon dollar ödəyəcək - Netanyahu SÖZ VERDİ
19/11/2024 - 23:47
"İsrail dövləti Fələstinin HƏMAS təşkilatı tərəfindən əsirlikdə saxlanılan girovların xilas edilməsinə yardım edəcək şəxsə hər girov üçün 5 milyon dollar ödəyəcək". Publika.az "Times of Israel" qəzetinə istinadla xəbər verir ki, bunu ölkənin Baş naziri Benyamin Netanyahu deyib. O, Qəzzada girovu İsrailə təhvil verəcək hər kəsə 5 milyon dollar vermək təklifini də təkrarlayıb: “Seçim sizin öz əlinizdədir, amma nəticə eyni olacaq. Biz hamını evə gətirəcəyik”, - Netanyahunun Qəzza zolağına səfərinin işıqlandırıldığı məqalədə deyilir.