Tbilisidə xaos: Həbs olunanlar var – Müxalifət “səyyar aksiya” elan etdi

19/11/2024 - 13:38

Tbilisinin mərkəzində azı on etirazçı saxlanılıb. Publika.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Bildirilir ki, həbslər, polisin nümayişçiləri Çavçavadze prospektindən uzaqlaşdırıb çadır şəhərciyi sökməsindən sonra başlayıb. Ən azı iki nəfər ağır yaralanıb. Müxalifətdəki Axali partiyası siyasi şuranın üzvü Nika Kvitatianinin xəstəxanaya köçürüldüyünü bildirib. Bundan sonra müxalifət liderləri Tbilisidə “səyyar aksiya” elan ediblər. Polis sıx kordonda Melikişvili prospekti ilə yürüş edir və etirazçıları sıxışdırır. “Aqmaşenebelinin strategiyası” müxalifət partiyasının lideri Giorgi Vaşadze aksiya iştirakçılarına müraciət edərək deyib: “Biz hərəkətə davam edirik, polislə məsafə saxlayırıq, heç bir halda onlarla qarşıdurmaya girmirik və onların həbsinə əsas vermirik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15