ABŞ kəşfiyyatı terrorçulara təlim keçir - İranlı general

17/11/2024 - 09:43

“ABŞ kəşfiyyatı İranın cənub-şərqində terror aktları törədən yaraqlılara təlim keçir”. Modern.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun komandanının hüquqi məsələlər üzrə müavini, general Əli Şamxani deyib. “İranın cənub-şərqindəki terror qrupları Amerika silahlarından istifadə edərək terror aktları həyata keçirir. Onlar etiraf ediblər ki, Amerika kəşfiyyatı onlara təlim keçib”, - deyə Əli Şamxani bildirib. O əlavə edib ki, ABŞ Tehrana qarşı tətbiq etdiyi sanksiyalara görə İrana 1 trilyon dollar təzminat ödəməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ